Yan Çadır (1.6m*2.5m)
Kompakt SUV və qısa bazalı avtomobillər üçün 1.6m yan çadır — sürətli quraşdırma, 5000mm suya davamlı material və yüngül alüminium konstruksiya.
Təsvir
1.6m yan çadır kompakt ölçülü SUV və 2 qapılı off-road avtomobillər üçün ideal seçimdir. Kiçik ölçüsünə baxmayaraq, 2.5 metr açıldıqda geniş (4 kvadrat metr) kölgə sahəsi yaradır.
Bu model xüsusilə:
- Suzuki Jimny
- Lada Niva
- və digər ısa bazalı 4x4 avtomobillər
üçün uyğunlaşdırılmışdır.
Material və keyfiyyət
Çadır 420D Oxford parça ilə hazırlanıb və 5000mm suya davamlılıq göstəricisinə malikdir. Bu, yağışlı və günəşli şəraitdə etibarlı qoruma təmin edir.
Xarici örtük isə daha davamlı 650D PU materialdan hazırlanıb, bu da daşınma və saxlanma zamanı əlavə qoruma verir.
Konstruksiya
Karkas hissəsi yüksək keyfiyyətli alüminiumdan hazırlanıb və qara (night black) örtüklə qorunur. 22–25 mm qalınlığında dayaqlar stabillik və möhkəmlik təmin edir.
İstifadə üstünlükləri
- Sürətli açılıb-yığılma
- Kompakt ölçü — kiçik avtomobillər üçün ideal
- Yağış və günəşdən effektiv qoruma
- Camping, piknik və off-road səfərləri üçün uyğun