BYPEISIN Yuxarı Asqı Qolları
Yuxarı Asqı Qolları

BYPEISIN Yuxarı Asqı Qolları

Lift olunmuş avtomobillərdə caster bucağını bərpa edən və asqı gedişini artıran gücləndirilmiş yuxarı qollar. Daha stabil idarəetmə və düzgün təkər bucaqları üçün.

Sifarişlə
899.00 ₼

Təsvir

BYPEISIN Yuxarı Asqı Qolları (Upper Control Arms) müstəqil ön asqıya malik SUV və pickup modelləri üçün nəzərdə tutulmuşdur. Lift kit quraşdırıldıqdan sonra yaranan caster və bucaq problemlərini aradan qaldıraraq avtomobilin idarəetməsini və stabilliyini əhəmiyyətli dərəcədə yaxşılaşdırır.

Standart zavod qolları lift sonrası düzgün bucaqları saxlaya bilmir. Bu isə:

  •  sükanın qeyri-sabitliyi 
  •  təkərlərin qeyri-bərabər aşınması 
  •  zəif yol tutuşu 

kimi problemlərə səbəb olur.

BYPEISIN qolları isə bu problemləri aradan qaldıraraq daha düzgün geometriya və daha yüksək performans təmin edir.

Yüksək möhkəmlikli polad konstruksiya və powder coating örtük sayəsində məhsul həm yolda, həm də ağır off-road şəraitində uzunömürlü istifadə üçün uyğundur.

Uyğun modellər:

  •  Toyota Hilux (köhnə və yeni modellər) 
  •  Toyota Prado LC120 / LC150 
  •  Toyota Land Cruiser LC100 / LC200 
  •  Ford Ranger / Raptor 
  •  Nissan Navara 
  •  Mitsubishi Pajero / Pajero Sport 
  •  Nissan Patrol Y62 
  •  Haval H9 / H5 
  •  Tank 300 / 400 / 500 
  •  və digər müstəqil asqılı SUV və pickup modellər

Komplektə daxildir:

  •  2 ədəd yuxarı asqı qolu (sol + sağ) 

Əsas üstünlüklər:

  •  Lift sonrası caster bucağını bərpa edir 
  •  Daha stabil və təhlükəsiz idarəetmə 
  •  Təkər aşınmasını azaldır 
  •  Artırılmış asqı gedişi (travel) 
BYPEISIN Yuxarı Asqı Qolları | 4WD.az